Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əfqanıstanın Baş Qərargah rəisi "Taliban"dan qaçmaq istəyərkən - FOTO

"Taliban" qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkənin yüksəkrütbəli ordu rəsmiləri taliblərdən qaçmağa başlayıblar.

RegionTV.info  xəbər verir ki, onların arasında Əfqanıstanın Baş Qərargah rəisi Vəli Məhəmməd Əhmədzai də var.

Baş Qərargah rəisi "Taliban" yaraqlılarının əlinə keçməmək üçün Kabildəki hava limanından digər ölkəyə getməyə cəhd göstərib. Hava limanında ölkəni tərk etməyi gözləyən minlərlə əfqan arasında olan Vəli Məhəmməd Əhmədzainin görüntüləri yerli mətbuatda yayılıb.

Qeyd edək ki, Vəli Məhəmməd Əhmədzai "Taliban"ın Kabili ələ keçirməsindən əvvəl - 11 avqust tarixində Baş Qərargah rəisi postundan istefa verib.

QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də