Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Duzlu gölə şəfa ardınca gələnlər, yoxsa potensial xəstələr? - VİDEO

RegionTV.info
Deyilənə görə el arasında "duzlu göl" kimi tanınan bu suyun özü şəfadır, dibindəki palçıq isə dərman. Hövsan yolundakı bu duz gölünə hər gün xeyli adamın yolu düşsə də burdakı sanitar qaydalar heç də hər kəsin ürəyincə deyil. Əməkdaşlarımız həmin ərazidə çəkiliş aparıblar. 

Kimi 15 ildir gəlir, kiminin də ilk dəfə yolu buradan düşüb. Hər il Hövsan yolunun kənarında yerləşən bu duzlu göldə ağrılarına əlac edənlərin sayı elə də az deyil: 

Bəli, girişdə nəqliyyat vasitələrinin əraziyə daxil olmasını 1 manatdan hesablayan işbazlar təəssüf ki, sanitariya qaydalarından xəbərsizdilər. Amma göldən yığdıqları, müalicəvi hesab olunan palçığı 50 qəpiyə satmağı yaxşı bacarırlar.

Onlardan sualımıza cavab ala bilməsək də vətəndaşların şikayətini eşidə bildik. Gündə ən az iki saat palçıq vannası qəbul etmək üçün buraya gələn bu xanım deyir ki, ərazidə hər şey pulla satılır amma təmizlik heç kimə maraqlı deyil: 

İstər göldə olan palçıq, istərsə də ərazidə olan digər yodlu suyun faydaları təkzibedilməzdir. Lakin bu şəraitdə müalicənin faydalarından çox zərərləri var ki, dermatoloq həkim bunun səbəbləri açıqlayır: 

Onu da qeyd edək ki, 2006-cı ildənməhz sanitar qaydalara görə  bu göldən istifadə etmək qadağan olunub. Tədbir isə nə vaxt görüləcək, hələ bəlli deyil.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də