
Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsib.
Bunu Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra bəyan edib. O bu qərarı “müstəqillik tarixindən etibarən Mərakeş ölkəmizə qarşı çirkin işlər həyata keçirir” cümləsi ilə elan edib. O Mərakeşin Əlcəzairə qarşı dümnəçiliyinin 1963-cü il müharibəsindən bəri məqsədli olduğunu bildirib.
Lamamra Mərakeşi ölkəsində meşə yanğınlarını törədən islamçı “Rachad” və separatçı MAC hərəkatı kimi qruplaşmalarla əlaqədə ittiham edib.