
RegionTV.info xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məktəbli yarmarkaları hər gün saat 9:00-dan 1400-dək xidmət göstərəcək. Yarmarkalarda əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.
"Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik", - nazirlikdən bildirilib.