Kolumbiyanın Boyake departamentində kömür mədənində partlayış olub.
RegionTV.info xəbər verir ki, bu barədə regionun senatoru Aida Avelya özünün tvitterdəki hesabında bildirib.
O, qeyd edib ki, partlayış zamanı dörd nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb, daha yeddi nəfərin dağıntılar altında qaldığı güman edilir.
"Boyakedə kömür mədənlərində qəzalar davam edir. Bu gün Topaqedə 4 işçi həlak olub. Təcili tədbirlər görmək lazımdır", - senator yazıb.
“Europe & World News” nəşri yazıb ki, hadisənin baş verməsinə ilkin səbəb kimi metan və kömür tozunun partlayışı göstərilir.
Continúan los accidentes en las Minas de carbón de Boyacá. Hoy en Topaga, 4 trabajadores mueren. Hay que tomar medidas urgentes!!
Espero que las prestaciones sociales se les estuvieran pagando y sus familias reciban lo de ley!!!!
— Aída Avella E (@AidaAvellaE) August 24, 2021
Xəbəri paylaş