
RegionTV.info xəbər verir ki, bunu Ağ Evdə Əfqanıstanda vəziyyətə həsr edilmiş çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.
"(Əfqanıstandan təxliyə-red) missiyamızın həyata keçirilməsini təmin etməkdə tam qərarlıyam. Mən artan riskləri də xatırlayıram. Onlar realdır, bunlar İŞİD-in Əfqanıstanda qolu - İŞİD-Xorasan kimi tanınan terror qruplaşmasının kəskin və artan təhlükəsi, eyni zamanda “Taliban”ın düşməni olduğunu nəzərə almalı olduğumuz əhəmiyyətli çağırışlardır”, - Ağ Ev rəhbəri deyib.
Onun sözlərinə görə, ABŞ hərbçilərinin Əfqanıstanın paytaxtı Kabildə olduğu hər gün "İŞİD-Xorasan" aeroporta, ABŞ-ın hərbi qüvvələrinə, müttəfiqlərə, həmçinin günahsız vətəndaşlara hücüm etməyə çalışır.