Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.

RegionTV.info  xəbər verir ki, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.

Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.

Xatırladaq ki, 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də