“Peyvəndlə bağlı neqativ halların olması Operativ Qərargahın brifinqdə də səsləndirildi”.
RegionTV.info xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.
O qeyd edib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil: “Peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür.
Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz.
Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
Xəbəri paylaş