Bakı üzrə 35 mindən artıq təhsil işçisindən 22 686 nəfər tam olaraq iki doza vaksin vurdurub.
RegionTV.info xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, əyani tədrisi bərpa etmək üçün 80-90 faiz vaksinasiyadan keçməlidir: “Əyani tədris üçün hamımız vaksinasiyaya qoşulmalıyıq. Bizim 37 məktəbimizə 90 faiz vaksinasiyadan keçdiyi üçün İdarə tərəfindən təşəkkürnamələr təqdim olunub”.
Xəbəri paylaş