Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqlara peyvənd vurulma zamanı gəlib? - Həkimdən AÇIQLAMA

Bu gün 18 yaşına çatmamış şəxslərin peyvənd edilməsinə xüsusi ehtiyac yoxdur.

RegionTV.info  xəbər verir ki, bu sözləri həkim-terapevt Nabatxanım Xəlilova “media.az”a müsahibəsində deyib.

O bildirib ki, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) qismən uşaqların koronavirusa qarşı peyvənd edilməsi məsələsinə toxunub.

“Fakt budur ki, xroniki xəstəlikləri olan və risk qrupuna daxil olan uşaqlar var. Bəzi ölkələrdə 12 yaşdan yuxarı uşaqların “Pfizer”lə vaksinasiyası müzakirə edilib.

Ancaq mən hesab edirəm ki, ölkəmizdə hələ ki, 18 yaşınadək insanlara peyvənd vurulmasına ehtiyac yoxdur, çünki uşaqlar xəstəliyi yüngül formada keçirirlər”, - deyə həkim qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də