Gürcüstanda son sutkada daha 5 924 nəfərdə koronavirus aşkarlanıb, 4 777 nəfər müalicə olunaraq sağalıb, 60 pasiyent vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 523 022 təşkil edir. Yoluxanların 458 265-i sağalıb, 6 891-i isə dünyasını dəyişib.
Aktiv xəstə sayı 57 840 nəfərdir.
Xəbəri paylaş