Türkiyə Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında birgə əməliyyat keçirib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat 200 kilometr dərinlikdəki Asos bölgəsində gerçəkləşdirilib. MİT-lə kordinasiyalı şəkildə həyata keçirilən əməliyyat zamanı havadan zərbələrlə terrorçulara aid sığınacaq, silah-sursat anbarları, mağaralardan ibarət ümumilikdə 28 hədəf məhv edilib.
Əməliyyatda 20-dən çox təyyarə iştirak edib.
Qeyd edilib ki, əməliyyat nəticəsində bölücü terror təşkilatının bölgədəki mövcudluğuna ağır zərbə endirilib.
“Millətimizin bağrından çıxan Türk Silahlı Qüvvələri tərəfindən ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrorla mübarizəyə ən son terrorçu zərərsizləşdirilənə qədər davam ediləcəkdir”, - məlumatda bildirilib.
Xəbəri paylaş