Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

RegionTV.info  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək yağındı düşüb. Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.

Havanın temperaturu avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də