Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Salyanda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qarabağlı kənd sakini Layiq Qəhrəmanova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

L.Qəhrəmanov rayonun Kərimbəyli kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində RPŞ-də araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də