ABŞ administrasiyası Əfqanıstandan ölkəyə təxliyyə edilmiş şəxsləri peyvənd etdirməyi planlaşdırır.
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.
O qeyd edib ki, təxliyyə olunanlardan COVID-19 testi götürülür, əgər onlar hələ peyvəndləməyiblərsə, onlara vaksinasiya olunmağı təklif edəcəklər.
Psaki yaxın gələcəkdə bu məsələ ilə bağlı daha ətraflı məlumat verməyi vəd edib.
Xəbəri paylaş