Rusiyanın Krasnodar vilayətində kriminal avtoritet Otari Boytsovun (Kublaşvili) meyiti tapılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
RegionTV.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“41 yaşlı bir kişinin Krasnodar şəhərində qəfil ölümü faktı ilə əlaqədar olaraq yoxlama təyin edilib. Həmin şəxsin cəsədi məhkəmə-tibbi ekspertizasına göndərilib”, - idarədən bildirilib.
Məlumata görə, Otari Krasnodarski Rusiya Cinayət Məcəlləsinin 210-cu “Kriminal iyerarxiyasında ən yüksək postu tutmaq” maddəsi ilə federal axtarışda idi.