Amerika ordusu və müttəfiqləri 23 avqustda təxminən 11 min nəfəri Əfqanıstandan təxliyə edib.
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ ordusu yarım gün ərzində 6,6 min adamı 15 uçuş həyata keçirməklə, koalisiya müttəfiqləri 34 təyyarə ilə 4,3 min nəfəri təxliyə edib.
Qeyd olunub ki, 14 avqustdan bəri ABŞ Əfqanıstandan təxminən 48 min insanın təxliyəsini təmin edib.
Xəbəri paylaş