"Bu il II qrupda subbakalavrlar üçün kifayət qədər yerlər olacaq. Həmçinin bu qrupda dövlət sifarişli yerlərə qəbul şansı yüksəkdir. Çünki 4 230 yer verilib".
RegionTV.info xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, II qrupda 200 baldan yuxarı toplayanların dövlət sifarişli yerlərə qəbul olmaq şansı var.
Xəbəri paylaş