Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xoşqədəm Hidayətqızı "Xəzər Tv"dən ayrıldı

Aparıcı Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı "Xəzər" televiziyası ilə yollarını ayırıb.

RegionTV.info  xəbər verir ki, bu haqda Xəzər Media Mərkəzindən bildirilib. Məlumata əsasən, proqram növbəti mövsümdən "Xəzər TV"də yayımlanmayacaq:

“Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra “Xəzər TV”də “Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır".

Qeyd edək ki, "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyeva kanaldan öz istəyi ilə ayrılıb. "Xəzər TV"nin rəhbərliyi ona bundan sonra da uğurlar arzu etdiyini bildirir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də