Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Sərəncam verib.
RegionTV.info xəbər verir ki, Sərəncamda deyilir:
- Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Xəbəri paylaş