“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
RegionTV.info xəbər verir ki, ASCO-dan bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Zəfər”, “Vasif Hüseynov”, “Orion-15”, “Orion-3”, “Çalqan-10”, “Zərdab-4”, “PSK-45”, “Abşeron-17”, “Zöhrab Vəliyev”, “Andoqa”, “Türkan”, “Abşeronskaya-5”, “PSK-31”, “PSK-33”, “PS-173”, “Şimal-1”, “Şimal-58”, “PSK-51”, “PSK-40”, “MPK-470” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
QALEREYA
Xəbəri paylaş