Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması Pəncşir vilayətindəki müqavimət qüvvələrini mühasirəyə alıb.
RegionTV.info xəbər verir ki, ölkə ərazisində "Taliban"a tabe olmayan Pəncşir bölgəsi mühasirəyə alınıb.
Bildirilib ki, "Taliban" məsələni sülh yolu ilə nizamlanmaya çalışır.
Qeyd edək ki, Pəncşirdə Əhməd Məsud və vitse-prezident Əmənulla Salehin müqavimət qüvvələri "Taliban"a qarşı mübarizə üçün toplaşıblar.
Xəbəri paylaş