
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində daha 60 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 517 098 nəfərdə aşkarlanıb. Onların 453 488-i sağalıb, 6 831-i isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 56 753 nəfər təşkil edir.