Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.

RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan şəhər sakini İbrahim İsmayılova və rayonun Şordəhnə kənd sakini Şöhrət Qəhrəmanova ev şəraitində müalicə təyin olunub, karantin qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Lakin həmin şəxslər yaşadıqları ünvanları tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıblar.
Araşdırma zamanı İbrahim İsmayılovun koronavirus xəstəsi olduğunu bilə-bilə insanların daha çox toplaşdığı ticarət obyektinə getdiyi məlum olub.

Hər iki şəxs barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də