Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Taliban”: “Əşrəf Qənini təqib etməyəcəyik”

“Əşrəf Qənini təqib etməyəcəyik”.

RegionTV.info  xəbər verir ki, bunu Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının nümayəndəsi Xəlil Ür-Rəhman Hakkani söyləyib.

Onun sözlərinə görə, “Taliban”la Əşrəf Qəni və vitse-prezident Əmirulla Saleh arasında düşmənçilik yoxdur: “Onlar Əfqanıstanda yaşaya bilərlər”.

Nümayəndə həmçinin Əfqanıstan xalqına çağırış edib. O, insanları təbliğata uymamağa və ölkəni tərk etməməyə çağırıb.

Hakkani etnik mənsubiyyətindən asılı olmayaraq hamının Əfqanıstanda sakit yaşaya biləcəyini əlavə edib: "Taciklər, bəluclar, puştunlar və həzaralar - hamısı bizim qardaşlarımızdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də