
RegionTV.info-nun məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stiven Qlass yerli mətbuata açıqlamasında deyib.
45 yaşlı mütəxəssis hər iki oyunçunun zədə səbəbindən meydana çıxmayacağını söyləyib. Qlass digər zədəli futbolçu Konnor Maklennanın durumunun hələlik bəlli olmadığını bildirib: "Qarabağ"la cavab qarşılaşmasının atmosferinə cavab verə biləcək bir neçə oyunçumuz var. Həmin görüşü səbrsizliklə gözləyirik".
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.