Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden: “ABŞ iyuldan Əfqanıstandan 33 min insanı təxliyə edib”

Birləşmiş Ştatlar iyulun əvvəlindən Əfqanıstandan təxminən 33 min insanı təxliyə edib, bu halda onlardan 28 min nəfəri avqustun 14-dən respublikanı tərk edib.

RegionTV.info  xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti Cozef Bayden bildirib.

O, qeyd edib ki, ABŞ Əfqanıstandan yalnız amerikalıları təxliyə etmir, həm də NATO ölkələrinin, müttəfiq dövlətlərin vətəndaşlarını, onların diplomatik missiyalarının əməkdaşlarını da evakuasiya edir.

"Bu gün səhərə olan məlumata görə, 14 avqustdan demək olar, ABŞ-ın və koalisiya dövlətlərinin təyyarələrində çarter reysləri daxil olmaqla, 28 min insanı təxliyə etdik, buna görə də iyuldan təxliyyə edilmiş insanların ümumi sayı təxminən 33 min nəfər təşkil edib", - dövlət başçısı qeyd edib.

Ağ Ev rəhbəri bildirib ki, ABŞ Əfqanıstan vətəndaşlarını da təxliyə edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də