
RegionTV.info-nun məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi bildirib.
"İndi Baqlanın heç bir yeri müqavimət qüvvələrinin nəzarəti altında deyil", - mənbə agentliyə əlavə edib.
“Taliblər”in Puli-Xesar, Deh-Salah və Banu rayonlarını geri almağa müvəffəq olmaları barədə Əfqanıstanın Müdafiə Nazirliyinin başçısı Bismilla Xan Məhəmmədi də bildirib.
Bu gün “Taliban”la qarşıdurmanın yeganə mütəşəkkil mərkəzi kimi əsasən yerli taciklərin təmsil etdiyi Pəncşirin adını çəkmək olar.