Türkiyənin Afyonkarahisar şəhərinin Şuhut rayonunda həyat yoldaşını və uşağını silahla qətlə yetirən şəxs daha sonra özünü naqil ilə asaraq intihar edib.
RegionTV.info bildirir ki, ağır cinayəti törədən və sonra intihar edən şəxsin 47 yaşı var.
Hüquq-mühafizə orqanları evi xüsusi nəzarətə götürüb, cəsədlər ekspertizaya təhvil verilib.
Dəşətli hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş