Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda pensiyaçılara BƏD xəbər: Yanvarın 1-dək...

RegionTV.info                                                                                                         
2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1214,1 min pensiyaçı qeydiyyatda olub. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Komitə qeyd edir ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.
"Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub",məlumatda yazılıb.
43 min azalma var
DSK vurğulayır ki, ötən ilin iyulun 1-i vəziyyətinə bu rəqəm 1257,4 min nəfərə bərabər olub. Bu rəqəmlərin müqayisəsindən belə çıxır ki, ölkədə pensiyaçıların sayı bir ildə 43 mindən çox azalıb.Pensiyaya çıxmaq yaşı artırılıb
2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.
Son 4 ildə 114 min azalma
Son 4 ildə Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,7 faizini təşkil edib. Onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
2018-ci ilin əvvəlinə ölkədə isə pensiyaçıların sayı 1 milyon 320,4 min nəfərə düşüb. Təyin olunmuş aylıq pensiyaların ortaməbləği 205,5 manata çataraq orta aylıq əmək haqqının 38,9 faizinə bərabər olub.
2019-cu il iyulun 1-də isə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291.3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edib. Onların 58.4 faizi yaşa, 30 faizi əlilliyə, 11.6 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də