Bakıda Binə qəsəbəsində "Mersedes" markalı maşın velosipedlə hərəkət edən azyaşlını vurub.
RegionTV.info xəbər verir ki, hadisədən sonra maşının sürücüsü azyaşlıya 2 AZN pul verərək oranı tərk edib.
Az sonra uşağın vəziyyəti pisləşdiyi üçün azyaşlının yanına toplaşan adamlar təcili yardım maşını çağırmalı olublar.
Xəbəri paylaş