Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş Nazir YENİ QƏRAR İMZALADI

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

RegionTV.info-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb.

“Kollegiyanın üzvləri” bölməsində “ Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri isə “Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib

Bundan əlavə, kollegiyasının tərkibinə Təhsil İnstitutunun direktoru və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də