Lerik rayonunun mürəkkəb relyefli dağlıq ərazisindəki meşə sahəsində yanğın hadisəsi baş verib.RegionTV.info-nun xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi üçün çalışırlar.


