Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.
RegionTV.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, 35 m² sahədə və tikilinin içərisinə yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş