
RegionTV.info xəbər verir ki, Real TV nəşriyyatın indiki durumu haqqında reportaj hazırlayıb.
Azərbaycan Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov qısa müsahibə verib. O, "nəşriyyat binası ətrafında it damı olsa, ondan belə pul çıxararam" kimi fikirlər səsləndirib:
"Burada it damı olsa onu da hazır edəcəm ki, pul qazanım. Nəşriyyat binası ətrafında kirayə verilən yerlərin sahibləri vaxtı-vaxtında çox səliqəli şəkildə yer pulu, kommunalın pulunu verirlər. Biz də faktiki olaraq onların hesabına bu dəhşəti saxlaya bilirik. Bazar iqtisadiyyatıdır. O insanların nə zərəri varki? Taxta, dəmir, şüşə sexidir işləyir də...
Qonaqlar gələndə də bu binaya gəlirlər, həyətə yox. Buranı saxlamaq üçün pulu mənə qonaq verir?".