Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, ötən gün gecə saatlarında İstanbulun Esenyurt bölgəsində toy məclisi keçirilib. Məhəllədə baş tutan toyda əvvəl iki qrup arasında mübahisə yaranıb. Daha sonra böyüyən mübahisə davaya çevrilib.
Hər iki tərəf bir-birinə silahla hücum edib. Evinin eyvanından toyu izləyən Aysel Akkale adlı qadın silahdan açılan atəşin qurbanı olub. Dava edən qrupu ayırmağa çalışan Özgür Çartepe isə hər iki ayağından vurularaq güllə yarası alıb.
Baş verənlər telefonların kameraları vasitəsilə anbaan görüntülənib. Daha sonra hadisə yerinə polis və təcili yardım çağırılıb. Ətrafdakı insanların köməyi ilə yaralılar xəstəxanaya aparılıb.
Öz evinin eyvanında ehtiyatsızlıqdan silahla vurulan 54 yaşlı Ayselin həyatını xilas etmək mümkün olmayıb. O vəfat edib.
Ayağından yaralanan Özgürün isə müalicəsi davam etdirilir.
QALEREYA
Xəbəri paylaş