
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Vüsal Alyarov və 1990-cu il təvəllüdlü Azad Namazov müəyyən edilərək saxlanılıb.
Üzərlərinə baxış zamanı onlardan narkotik və psixotrop maddələr olan heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.