Hacı Bəhruz vəfat etdi Tarix: 21-08-2021, 13:48 Xəbərə baxış: 96 Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Bəhruz Əzizov vəfat edib. RegionTV.info xəbər verir ki, QMİ-dən Hacı Bəhruzun bu gün uzun çəkən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, QMİ-nin Nəsimi rayonu üzrə səlahiyyətli şəxsi olan Hacı Bəhruz Əzizov həm də “Hacı Əjdərbəy” məscidinin imamı idi.