
RegionTV.info xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi “Reuters” agentliyinə bildirib.
“Hüquq, din və xarici siyasət üzrə ekspertlər yaxın həftələrdə ölkənin yeni idarəetmə sistemini təqdim etmək niyyətindədirlər”, - o deyib.
“Taliban” nümayəndəsi əlavə edib ki, yeni idarəetmə forması bütün əhalinin müdafiəsinə yönələcək.
Onun sözlərinə görə, “Taliban” danışıqlarda Qərb qoşunlarının dost şərtləri əsasında ölkədən çıxarılmasını müzakirə edir.