Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi aşkarlanıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlərlə koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayonun Bahar qəsəbəsi sakini Nizami İmanovun karantin qaydalarına zidddavranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub.

Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılması təmin edilib.

Faktla əlaqədar Beyləqan RPŞ-də araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də