
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
F.Əliyeva barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.