“Taliban” Kabili ələ keçirdikdən sonra Əfqanıstanı 12 minədək şəxs tərk edib
Tarix: 21-08-2021, 11:20Xəbərə baxış: 117
Radikal “Taliban” hərəkatı avqustun 15-i Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən sonra səfirliklərdə və beynəlxalq humanitar təşkilatlarda çalışan 12 minədək əcnəbi və əfqan ölkəni tərk edib.
RegionTV.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, paytaxt hava limanının hüdudları xaricində “talibançılar” və əfqanlarla toqquşmalardan yayınmaq üçün təxliyyə prosesi bilərəkdən ləngidilib.