Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkalarında çadırın quraşdırılması, bir məntəqədən digər məntəqəyə daşınması, sökülməsi, mütəmadi kimyəvi təmizlənməsi, yuyulması, karkas-tent konstruksiyasının təmir və bərpa işlərinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.RegionTV.info xəbər verir ki, vahid dövlət satınalmaları portalından verilən məlumata görə, tenderin qalibi "Emv Group" MMC-dir.
Qalib şirkətə 75 min manat ödəniləcək.


