ABŞ prezidenti Cozef Bayden İtaliyanın baş naziri Mario Draqi ilə telefon danışığı aparıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Məlumata görə, danışıq zamanı Əfqanıstanda yaranmış vəziyyət müzakirə edilib.
"Onlar vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsini təmin etmək üçün yorulmadan birlikdə çalışan Kabildəki hərbi və mülki nümayəndələri, hərbi sahədə bizə və NATO-ya cəsarətlə kömək edən əfqanlar və digər həssas əfqan sakinlər arasında sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini müzakirə ediblər", - Ağ Evin mətbuat xidmətinin söhbətin nəticələrinə dair məlumatında qeyd edilir.
Tərəflər həmçinin gələn həftə “Böyük yeddilər”in Əfqanıstana həsr edilmiş yüksək səviyyəli onlayn görüşününü keçirilməsi planını alqışlayıblar.
Xəbəri paylaş