Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bolqarıstan mətbuatı Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsini işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən “24 Çasa”, “Trud”, “Standart”, “Duma”, “Kircaali Haber” qəzetləri, Novini 24/7 xəbər portalı, həmçinin “Fokus” və “Cross” xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.

RegionTV.info-nun məlumatına görə, “Prezident İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmiş, ərazi bütövlüyünü və ədaləti bərpa etmişdir”, “İlham Əliyev: Zəngəzur koridoru vasitəsilə Ermənistan İran və Rusiya ilə dəmir yolu əlaqələri əldə edəcəkdir”, “İlham Əliyev mina xəritələrinə görə Yerevanı tənqid edir”, “İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmişdir” sərlövhəli məqalələrdə Azərbaycan Prezidentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ədalətsizlik və beynəlxalq hüququn norma və prinsiplərinin pozuntusu kimi qiymətləndirdiyi bildirilir. 44 günlük müharibədə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi və ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilir. Qeyd olunur ki, Ermənistanın əvvəllər işğal altında olan Azərbaycan ərazilərində kütləvi şəkildə minaları yerləşdirməsi nəticəsində 150-dən çox mülki şəxs və hərbçi həlak olub və ya yaralanıb. Əlavə olunur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir və artıq təqdim etdiyi xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir.

Məqalələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və reabilitasiyası üçün kifayət qədər maliyyə vəsaitinin səfərbər olunması, real vəziyyətlə yerində tanış olmaq üçün yerli və xarici media nümayəndələrinin, rəsmi şəxslərin və ictimai xadimlərin həmin bölgələrə səfərlərinin getdikcə artması qeyd olunur.

Yazılarda Azərbaycanın dövlət başçısının müsahibəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifaha nail olmaq, eləcə də iqtisadi münasibətləri bərpa etmək üçün regionda yolların və kommunikasiyaların açılmasının bütün tərəflərin marağında olması bildirilir.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur korridorunun yaradılmasının region ölkələrinə yeni imkanlar yaratması barədə fikirlərinə ətraflı yer verilir. Bildirilir ki, bu koridor Avropadan Asiya və geriyə malların daşınmasını sürətləndirəcək və bu baxımdan Avrasiyanın yeni nəqliyyat layihəsinə çevriləcək.

Dövlətimizin başçısına istinad olunaraq qeyd edilir ki, Azərbaycan yeni müharibə arzulamır və Qarabağ regionunda yaşayan, Azərbaycan cəmiyyətinə inteqrə olunmalı erməniləri öz vətəndaşları olaraq görür. Həmçinin Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan, burada ermənilər də daxil olmaqla bir çox xalqların bir ailə kimi yaşadığı əlavə olunub.







Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də