Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Leyla Əliyevanın dəstəyi ilə xərçəngə qalib gələn gənc - VİDEO

RegionTV.info
Abdullayev Samir Qurban oğlu 2003-cü ildə Ağdaş rayonunda doğulub.

O, hazırda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsidir.

Samir Abdullayev qeyd edib ki, 10-cu sinifdə oxuyarkən ona sümük xərçəngi diaqnozu qoyulub. Milli Onkologiya Mərkəzində müayinə olunan Samir 5 ay sonra əməliyyat olunub.

9 saatlıq əməliyyatdan sonra bir il həmin xəstəxanada qalan Samir Abdullayev qeyd edib ki, həkimlər artıq onun ömrünə az qaldığı haqqında valideynlərinə məlumat verirlər:

“Həmin ərəfələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqları görmək üçün xəstəxanaya gəldi. Mənim otağıma daxil olanda pis vəziyyətdə olduğumu gördülər.

Leyla Əliyevanın göstərişi ilə mənə trombosit köçürüldü. Mən həyatımı ona borcluyam”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də