Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yayılan ştamm “Delta” ştammıdır - 94 faiz

“Biz "Delta" ştammı Azərbaycanda aşkarlanan zaman xəbər vermişdik. Bu, yeni proses deyil”.

RegionTV.info  xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu aşkarlanan zaman mövsümi xarakter daşıyır.

“Hazırda ölkəmizdə yayılan koronavirus "Delta" ştammıdır. Bunun klinik əhəmiyyəti yoxdur. Yəni xəstəlik ağır, yaxud yüngül gedişatdır. Azərbaycanda yayılan ştamm "Delta" ştammıdır”, - deyə qurum rəsmisi bildirib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə əlavə edib ki, son rəqəmlərə görə Azərbaycanda 94 faiz yayılan "Delta" ştammıdır.

“Məhz buna görə də yayılma sürəti kəskin artıb. Ona görə maskaların taxılması vacibdir”, - deyə Şahmar Mövsümov bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də