
RegionTV.info xəbər verir ki, FNN-dən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Əməliyyat şəraiti qiymətləndirilərkən Bakı şəhər sakinləri olan 2 nəfərin (ər və arvad) Xanbulan çayı ətrafında yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.
Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunaraq, ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.