"Sentyabrın 1-dən ticarət mərkəzləri, ictimai iaşə obyektləri və mehmanxalara giriş yalnız COVID pasportu ilə olacaq".
RegionTV.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, eyni zamanda ali təhsil müəssisələrində tələbələr COVID-19 pasportu olmadan dərslərə buraxılmayacaq.
Xəbəri paylaş