“Bu günə olan tarixə görə dünyada yeni koronavirusa yoluxanların sayı 210 milyonu keçib”.
RegionTV.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ən çox yoluxma qeyd olunan ölkələrin içərisində ABŞ, Hindistanın adı çəkilir:
“Son günlər Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə edilir. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük”.
Xəbəri paylaş